ƏƏSMN: 142 – Çağrı Mərkəzi tərəfindən 165 mindən çox müraciət cavablandırılıb

ƏƏSMN: 142 – Çağrı Mərkəzi tərəfindən 165 mindən çox müraciət cavablandırılıb

30.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 – Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Nazirlikdən APA-ya verilən məlumata görə, təkcə aprel ayında 142 – Çağrı Mərkəzi tərəfindən vətəndaşların 165 mindən çox müraciəti cavablandırılıb.

Müraciətlər sosial dəstək tədbirləri, həmçinin əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial reabilitasiya və s. məsələlərlə bağlı olub.

Zənglər saat 09:00-dan 24:00-a kimi 100 operator tərəfindən cavablandırılır.

 

Share