“ƏDV geri al” layihəsinə digər bankların da qoşulması ilə bağlı müzakirələr aparılıb

“ƏDV geri al” layihəsinə digər bankların da qoşulması ilə bağlı müzakirələr aparılıb

25.12.2020 Выкл. Автор admin

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Mərkəzi Bankının və Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların nümayəndələri ilə birgə onlayn görüş keçirilib.

Banklar Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, əlavə dəyər vergisinin (ƏDV) qaytarılması üçün yaradılan informasiya sisteminə bankların elektron bankçılıq həllərinin inteqrasiya olunması məqsədilə ABA tərəfindən İqtisadiyyat Nazirliyinə müraciət edilib. Bununla əlaqədar olaraq keçirilən görüşdə müvafiq informasiya sistemi ilə inteqrasiyanın yaradılması, həmçinin “ƏDV geri al” layihəsinə digər bankların da qoşulması məsələləri müzakirə olunub.

Görüşdə müvəkkil bank qismində “Kapital Bank” və “Beynəlxalq Bank”ın nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bu ilin may ayından etibarən pərakəndə ticarət və ya iaşə obyektlərindən alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması məqsədilə yaradılan xüsusi portal vətəndaşların istifadəsinə verilib.

Share