Ərdoğandan Rusiya və İrana çağırış

02.03.2020 Off By admin

“Qan tökülməsi ilə bağlı həssaslığımızı zəiflik kimi görənlərə əsl gücümüzü göstərməyə hələ yeni başlayırıq. İndiyə qədər Suriya ordusunun verdiyi itkilər başlanğıcdır”.

“Hürriyet” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz bu qafillərə Türkiyənin baş əyməyən böyük bir dövlət olduğunu göstəririk. Əsgərlərimizin həyatına qəsd edənləri yerlə-yeksan etmək boynumuzun borcudur.

Yaşananlardan ibrət almayanların bizi hələ də təhdid etmələri ağıllarının başlarına gəlmədiyini göstərir. Sərhədlərin kənarına çıxmasalar, bir müddət sonra çiyinlərinin üzərində o başları qalmayacaq.

Rusiya və İrana bir daha səslənirəm. Suriyada bizim sizinlə dərdimiz yoxdur”, – deyə Ərdoğan bildirib.

Share