2019-2020-ci tədris ili üzrə 8 mindən çox müəllim işə qəbul olunub

13:09 04.01.2020

2019-2020-ci tədris ili üzrə 8 mindən çox müəllim işə qəbul olunub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, onlardan 3260 nəfəri müddətsiz, 5614 nəfəri isə müddətli müqavilə əsasında işlə təmin olunub. Müddətsiz müqavilə əsasında işə qəbul olunan müəllimlərdən 973 nəfər həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə, 2287 nəfər isə həvəsləndirmə tədbirləri tətbiq edilən məktəblərdə işə başlayıb.

Xatırladaq ki, ötən il ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayanların hər 4 nəfərindən biri və ya 25 faizi müəllimlik ixtisasını seçib.

Xəbəri paylaş: