İdman Araşdırmalar Mərkəzi ilin yeddi qalibini mükafatlandırdı

İdman Araşdırmalar Mərkəzi ilin yeddi qalibini mükafatlandırdı

17:28 Dekabr 19, 2019

Bu gün İdman Araşdırmalar Mərkəzi (İAM) yeddinci dəfə ilin ən yaxşılarını müəyyənləşdirib.

Oxu.Az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən mükafatlandırma mərasimində yeddi nominasiya üzrə qalib müəyyənləşib.

Əvvəlcə İAM-ın rəhbəri Elşən Məmmədov çıxış edərək yeddinci dəfə bu tədbiri keçirdiklərini və idmançılarımızın il ərzində qazandıqları nəticələrdən danışıb.

O bildirib ki, qaliblər 56 idman jurnalistinin iştirak etdiyi səsverməyə əsasən müəyyənləşib. Həmin yeddi qalib bunlardır:

İlin idman xadimi – Mahir Məmmədov (FIDE-nin və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti)

İlin idman qurğusu – Bakı Olimpiya Stadionu

İlin futbolçusu – Emil Balayev (Milli komandamızın və Qazaxıstanın “Tobol” klubunun qapıçısı)

İlin əcnəbi futbolçusu – Abdullah Zubir (“Qarabağ”ın yarımmüdafiəçisi)

İlin komandası – Şahmat üzrə qadınlardan ibarət Azərbaycan millisi

İlin baş məşqçisi – Qurban Qurbanov (“Qarabağ”)

İlin idmançısı – Teymur Rəcəbov (Şahmat)

Bundan başqa, xüsusi mükafatlar da verilib:

“Minsk 2019” II Avropa Oyunlarının Əməliyyat Komitəsində layiqincə təmsil etdiyi üçün – Samir Məzahir oğlu Məmmədov

Uşaq idmanının inkişafına verdiyi dəstəyə görə – Tofiq Heydərov

İlin ən çox kütləvi tədbir təşkil edən idman qurğusu – Şamaxı Olimpiya Kompleksi

Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün futbolçusu – Emin Mahmudov (“Neftçi”)

Xəbəri paylaş: