MSK-nın araşdırma aparacağı seçki dairələrinin aqibəti necə olacaq?

MSK-nın araşdırma aparacağı seçki dairələrinin aqibəti necə olacaq?

11:05 Fevral 12, 2020

Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkiləri ilə əlaqədar yeddi seçki dairəsində ciddi araşdırma aparacaq. APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov bildirib ki, 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran Kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan Seçki dairələrindən çox ciddi müraciətlər daxil olub.

“Ola bilsin ki, bu müraciətlərin əsası yoxdur. Amma biz bu müraciətlərin hər birini ciddi araşdıracağıq. Sabah da bizə hansısa başqa dairələrdən müraciətlər daxil olsa, gecikdirilmədən bu müraciətlər ciddi araşdırılacaq”, – deyə MSK sədri bildirib.

Qeyd edək ki, yuxarıda qeyd olunan dairələrdən 6-da MSK ilkin nəticələrə əsasən lider namizədi elan edib. 33 saylı Xətai Birinci Seçki Dairəsində YAP-ın namizədi Hüseynbala Mirələmovun lider namizəd olduğu açıqlanıb. H. Mirələmovun əsas rəqibləri “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı və D-18 Hərəkatının sədri Ruslan İzzətli olub. Həm “exit-poll”un nəticələrinə əsasən, həm də MSK tərəfindən H. Mirələmov lider namizəd elan olunsa da, M. Pənahov çoxlu sayda ciddi müraciətlər daxil olduğundan bu dairədə də araşdırma aparılacağını deyib.

Xəbəri paylaş: