Azərbaycan çempionatının oyunları ilk dəfə Qubada keçiriləcək

Azərbaycan çempionatının oyunları ilk dəfə Qubada keçiriləcək

10:38 Fevral 14, 2020

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının növbəti oyunlarının başlama günü və keçirilmə yeri dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, fevralın 15-də və 16-da təşkil olunacaq görüşlər ilk dəfə paytaxtdan kənarda baş tutacaq.

Mövsümdə ilk dəfə matçlar Qubada olacaq. Bununla da bölgələrdə voleybolun inkişafına təkan verəcək təbliğata start verilir. Əsas məqsəd əyalətdəki gənclərə idmanın bu növünü sevdirmək, asudə vaxtlarında voleybola cəlb etməkdir. Qarşıdakı turlarda ölkənin digər bölgələrində də oyunlar keçirmək planlaşdırılır.

Qubada qarşılaşmalara Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İdman-Sağlamlıq Mərkəzi ev sahibliyi edəcək. Fevralın 15-də də günə məhz UNEC-in oyunu ilə start veriləcək. Onlar “Azərreyl”i sınağa çəkəcəklər. Ardınca “Murov”la “Abşeron” üz-üzə gələcək.

Ertəsi gün “Abşeron” UNEC-lə, “Azərreyl” “Murov”la qarşılaşacaq.

Görüşlər saat 16:00-da və 18:00-da start götürəcək.

Azərbaycan Super Liqası
15 fevral

16:00. UNEC – “Azərreyl”
18:00. “Murov” – “Abşeron”

16 fevral    
16:00. “Abşeron” – UNEC
18:00. “Azerreyl” – “Murov”

Xəbəri paylaş: