Qəbələ Peşə Təhsil Mərkəzinin tələbələri təcrübədə

Qəbələ Peşə Təhsil Mərkəzinin tələbələri təcrübədə

10:55 Fevral 14, 2020

Qəbələ Peşə Təhsil Mərkəzinin üzüm və şərab ustası pilot ixtisas qrupunun tələbələri ilə “ASPI Winery” (SAVALAN) arasında strateji əməkdaşlıq əsasında yaradılan nümayiş-üzüm sahəsində budama işlərinə başlayıblar.

Peşə təhsil mərkəzindən AZƏRTAC-a bildirilib ki, müəssisədaxili təlimlər duala bənzər peşə təhsili və təlimi çərçivəsində işəgötürənlərlə birlikdə hazırlanan tədris planına əsasən aparılır.

Mərkəz Avropa İttifaqı tərəfindən maliyyələşən “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində 50-dən çox müəssisə ilə əməkdaşlıq edir. İşəgötürənlər müəssisədaxili təlim cədvəlinin müəyyənləşdirilməsində, nümayiş sahələrinin yaradılmasında, müəllim və usta təlimçilərin bacarıqlarını artırılmasında, təlim prosesinin izlənilməsində, tələbələrin qiymətləndirilməsində və s. məsələlərdə iştirak edirlər.

Xəbəri paylaş: