Latviyada 2020-2021-ci tədris ili üzrə təhsil imkanı

Latviyada 2020-2021-ci tədris ili üzrə təhsil imkanı

10:57 Fevral 14, 2020

Latviya Respublikası hökuməti 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyən vətəndaşlar üçün son müraciət tarixi aprelin 1-dir. Namizədlərin müraciətləri araşdırıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi tərəfindən veriləcək.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.

Xəbəri paylaş: