ATƏT müşahidəçisi Aygün Attar şok məqamları açıqladı

13:03 Fevral 14, 2020

ATƏT-in Azərbaycana qarşı qərəzli mövqeyinə etiraz edən Aygün Attarın müşahidəçi statusunun ləğv edilməsi böyük rezonans yaradıb.

KONKRET.az xatırladır ki, Aygün Attar açıqlamasında bildirib ki, buna səbəb hələ seçkilər başlamamışdan əvvəl ATƏT-in toplantılarında Azərbaycana qarşı qərəzli münasibətə etiraz etməsi olub. Statusu ləğv edilmiş müşahidəçi deyib ki, o, bu münasibətə görə qurumun müşahidə missiyasının rəhbərinə yazılı etirazını bildirib.

Həmin müraciətdə Attar ATƏT-in tərəfsiz olmasının vacibliyini vurğulayıb.

“Çox təəssüf ki, beynəlxalq təşkilat radikal fikirləri reallıq kimi öz rəylərində təqdim etməyə çalışıb”,- deyən müşahidəçi yazılı etirazda Azərbaycanın siyasəti haqqında danışarkən ciddi müdaxilələrin yolverilməz olduğunu önə çəkib.

Bütün bu və digər səbəblərə görə onun qısamüddətli müşahidəçi statusunun ləğv edilməsi ilə bağlı ATƏT MSK-ya müraciət edib.

KONKRET.az Aygün Attarın Real TV-yə açıqlamasını təqdim edir:

 

Xəbəri paylaş: