Zelenski və Putin arasında telefon danışığı olub

21:05 14.02.2020

Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın Ukrayna Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Ukrayna və Rusiya liderləri 2019-cu dekabrın 9-da Parisdə keçirilən “Normandiya dördlüyü” görüşündə əldə edilmiş razılaşmaların həyata keçirilməsini, həmçinin növbəti görüşə hazırlıq məsələlərini müzakirə ediblər.

Tərəflər Donbass və Krımda, eləcə də Rusiya Federasiyasında saxlanılan Ukrayna vətəndaşlarının sərbəst buraxılması prosesi barədə də danışıblar.

Xəbəri paylaş: