Nazir müavini: “Ölkədə sosial layihələrin sayı 220-ni ötüb”

12:14 15.02.2020

“Uşaqların sosial məsələləri ölkədə gedən sosial islahatların prioritet sahələrindən biridir”.

APA xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 2019-cu ildə ölkə başçısının sərəncamı ilə bu sahəyə əlavə vəsait ayrılıb: “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün də əlavə 5 milyon manat vəsait ayrılmışdı. Beləliklə, ölkədə sosial layihələrin sayı 220-ni ötüb. 2019-cu ildə autizmli uşaqlar üçün layihə çərçivəsində 800-dən artıq autizmli uşağa reabilitasiya xidmətləri göstərilib, bu prosesə 8-dən çox qeyri-hökumət təşkilatı cəlb olunub. Bu, inklüziv cəmiyyətin yaradılmasında vacib layihədir”.

Xəbəri paylaş: