Xəzərə tökülən Sefidrud çayının dənizə girişi bağlanma təhlükəsi ilə üzləşib

12:16 15.02.2020

Xəzər dənizinə tökülən Sefidrud çayının dənizə girişi bağlanma təhlükəsi ilə üzləşib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xəzər dənizinin sahilyanı ərazilərinin ətraf mühitə təsiri üzrə beynəlxalq layihənin icraçısı Humayun Xoşrəvan deyib.

H.Xoşrəvan bildirib ki, hazırda Sefidrud çayının deltasında problemlər yaranıb və çöküntülər çayın axınının qarşısını ala bilər. Çöküntü prosesi bu formada davam edərsə və çayın aktiv dinamikası düzgün idarə olunmazsa, çayın dənizə birləşən hissəsi 5 ilədək bağlana və bununla faciə baş verə bilər.

Xəbəri paylaş: