Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürür

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürür

12:17 Fevral 15, 2020

Azərbaycan Gimnastika Federasiyası 2020-ci ilin beynəlxalq yarışlar mövsümünə batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku ilə start verəcək.

Apasport.az saytının məlumatına görə, bu gün Bakıda başlayacaq turnir iki gün davam edəcək.

30 ölkənin 150-dək gimnastının mübarizə aparacağı Dünya Kuboku Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Milli Gimnastika Arenasında baş tutacaq yarışın ilk günü təsnifat, ikinci günü final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Xəbəri paylaş: