Əkbər Gəncə: Ermənistan Qarabağdan çəkilməyənə qədər mübarizəmizi davam etdirəcəyik

16:48 22.02.2020

AZƏRTAC-ın xüsusi müxbiri Berlinin Brandenburq qapıları qarşısındakı Paris meydanından xəbər verir ki, bu sözləri agentliyə müsahibəsində İsveçrədən olan həmyerlimiz Əkbər Gəncə söyləyib.

O deyib: “Biz Xocalı soyqırımından keçən 28 il ərzində hər il olduğu kimi, bu il də bir yerə toplamışıq ki, 1992-ci ildə erməni cinayətkarlarının Azərbaycanın Xocalı şəhərinin sakinlərinə qarşı törətdiyi amansız vəhşiliyi pisləyək. İndi burada Xocalı soyqırımının ildönümünə həsr olunmuş möhtəşəm mitinq başlayacaq. Qoy bütün həmvətənlərimiz səsimizə səs versin.”

Xəbəri paylaş: