İki ölkədə koronavirusa yoluxanların sayı kəskin artdı

14:00 Fevral 25, 2020

üveyt və Bəhreyndə koronavirus infeksiyasına yoluxanların sayı artıb.

KONKRET.az xəbər verir ki, epidemiyaya yoluxanların sayı Küveytdə 8, Bəhreyndə isə 6 nəfərə çatıb.

Məlumata görə, həm Küveyt, həm də Bəhreyndə infeksiya daşıyıcılarının hamısı İranda olub.

Qeyd edək ki, koronavirus Küveyt və Bəhreyndə ötən gün aşkarlanıb.

Xəbəri paylaş: