Qorbaçovdan dünya liderlərinə xəbərdarlıq: Bu siyasətinizdən əl çəkin!

12:10 13.03.2020

Keçmiş SSRİ prezidenti Mixail Qorbaçov dünya liderlərini fəlakətli müharibələrə aparan siyasətlərdən əl çəkməyə və koronavirus infeksiyasına qarşı mübarizə aparmağa çağırıb.

Müraciətin mətni “Novaya qazeta”da yerləşdirilib.

O xatırladıb ki, cəmi iki onillikdə dünya “iki dəfə böyük güclərin iştirakı ilə toqquşma astanasında göründü”.

Qorbaçov İran, İraq və Suriyadakı müharibələri nümunə göstərib.

“Bu nədir? Bu köhnə “müharibə astanasında tarazlıq” siyasətidir. Təhlükəli, sərgüzəştli bir siyasətdir” deyib.

Onun sözlərinə görə, ölkələr davamlı olaraq bir-birini təxribatlarda ittiham etməyə, silah məhdudiyyəti sazişlərindən çıxmağa çalışır.

Sovet İttifaqının ilk prezidentinin fikrincə, nəticəsi müharibə olan bu siyasətdən çəkinmək lazımdır.

Qorbaçov dünya liderlərini fikirləşməyə çağırıb.

“Dayanın! Fəlakətə yaxınlaşdıran hər hansı bir hərəkətin dayandırılmasını məsuliyyətli siyasətçilər insanlara təqdim etməlidirlər ” deyən sabiq prezident əlavə edib:

“Dünyanın ümumi, ən təhlükəli bir təhdidlə üzləşdiyi koronavirusa görə bu, xüsusilə vacibdir”.

Babək Göyüş

KONKRET.az

Xəbəri paylaş: