“Süleyman Rəhimov-120”

18:48 18.03.2020

Milli Kitabxanada “Süleyman Rəhimov-120” adlı virtual kitab sərgisi açılıb

Martın 22-də Xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 120 ili tamam olur. Azərbaycanın görkəmli ziyalılarından biri kimi tanınan, nəinki öz ölkəsində, keçmiş SSRİ məkanında da adı hörmətlə çəkilən, nəsr əsərləri ilə milyonlarla oxucunun sevimlisinə çevrilən Süleyman Rəhimov 83 il ömür sürüb. Milli Kitabxana respublikada yaranmış vəziyyətlə əlaqədar oxuculara yalnız onlayn rejimdə xidmət etdiyi üçün ənənəvi sərgilərini virtual sərgi ilə əvəzləyib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə Milli Kitabxanada görkəmli ziyalı Süleyman Rəhimovun anadan olmasının 120 illiyi ilə əlaqədar “Süleyman Rəhimov-120” adlı virtual kitab sərgisi təşkil edilib. (http://anl.az//el/vsb/SuleymanRehimov/index.htm). Virtual sərgidə müəllifin həyat və yaradıcılığını əks etdirən şəkillər, görkəmli şəxsiyyətlərin yazıçı haqqında fikirləri, yazıçının azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, müəllif haqqında yazılan kitablar və digər sənədlər təqdim olunur. Saytımızın “Elektron kataloq və elektron kitabxana” bölməsində tam elektron mətni olan kitabların biblioqrafik təsvirindən sonra onların linkləri də verilib.

Xəbəri paylaş: