FİFA yay “transfer pəncərəsi”ni yanvara qədər uzadır

FİFA yay “transfer pəncərəsi”ni yanvara qədər uzadır

13:14 Mart 25, 2020

Koronavirus pandemiyası səbəbindən çempionatların dayandırılmasını nəzərə alan FİFA yay “transfer pəncərəsi” ilə bağlı müzakirələrə start verib.

Apasport.az saytının məlumatına görə, qurum keçidlərin qeydiyyata alınma dövrünü 2021-ci ilin yanvarına qədər uzatmağa hazırdır.

FİFA bununla bağlı klublarla da danışıqlar aparacaq, onların mövqeyini öyrənəcək. Bu addım klublara büdcələrində yaranan problemləri qismən həll etmək imkanı verə bilər. Bu səbəbdən də bəzi klublar artıq qurumun ideyasını dəstəklədiyini açıqlayıb.

Qeyd edək ki, böyük maliyyə itkiləri ilə üzləşən klubların qarşıdakı transfer dövründə böyük keçidlər gerçəkləşdirməyəcəyi gözlənilir.

ApaSport

Xəbəri paylaş: