İtaliyada daha 683 nəfər koronavirusdan öldü

21:58 25.03.2020

İtaliyada koronavirusun fəsadları günbəgün artmaqdadır.

Hakimiyyet.com xəbər verir ki, gün ərzində daha 683 nəfər koronavirus səbəbindən ölüb. Ümumilikdə isə ölənlərin sayı 7503 nəfərə çatıb.

Ağır vəziyyət İtaliyanın şimal bölgələrində həyatı tamamilə iflic edib.

Qeyd edək ki, İtaliya koronavirusun yayılma nisbəti və ölənlərin sayına görə dünyada birinci yerdədir.

Xəbəri paylaş: