Çin hökuməti bütün əcnəbilərə qadağa qoydu

23:21 Mart 26, 2020

Çin hökuməti ölkəyə gələn bütün əcnəbilərə sərhədlərin bağlanması barədə qərar qəbul edib.

Hakimiyyet.com-un   məlumatına görə bu qərara səbəb Çində koronavirusa yoluxma hallarının kəskin azalması və xaricdən gələn insanlar vasitəsilə bu virusun yenidən alovlanması riskidir. Açıqlamada bildirilib ki, 28 mart tarixindən etibarən Çinin bütün sərhədləri bağlanacaq və əcnəbilərin ölkəyə daxil olmasına icazə verilməyəcək.

Qeyd edək ki, dünyaya koronavirus məhz Çinin Uhan şəhərindən yayılıb. Geridə qalan müddətdə sərt karantin tədbirləri görən Çin bu virusu ölkə daxilində lokallaşdırmağı bacarıb.

Xəbəri paylaş: