Putin G20 sammitində dünyaya çağırış etdi

23:33 Mart 26, 2020

Koronavirus pandemiyası ilə bağlı problemlər 2008-2009-cu il maliyyə böhranından daha genişmiqyaslı sarsıntılara gətirib çıxaracaq. İyirmilik ölkələri vaksinlərin hazırlanmasının sürətlənməsi üçün səyləri birləşdirməli, həmçinin xəstəlik üzrə məlumat mübadiləsi qaydaya salınmalıdır.

Hakimiyyet.com  məlumatına görə bu sözləri Rusiya Prezidenti Vladimir Putin G20 sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, pandemiyanın əsas riski uzunmüddətli işsizliklə bağlıdır. Rusiya prezidenti qeyd edib ki, onun dinamikası qəbul edilən anti-böhran tədbirlərinin effektivliyinin əsas göstəricisi olacaq.

Xəbəri paylaş: