Özbəkistanda 11 həkim koronavirusa yoluxub

1:02 Mart 27, 2020

Özbəkistanda koronavirus xəstələrinin müalicə olunduğu Elmi-Tədqiqat Virusologiya İnstitutunun 11 həkimi koronavirusuna yoluxub.

AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev koronavirusla mübarizə tədbirlərinə dair keçirdiyi videoselektor müşavirəsində məlumat verib.

Dövlətin başçısı deyib ki, həmin həkimlər 100 milyon sum (10,5 min dollar) məbləğində birdəfəlik kompensasiya alacaqlar.

Xatırladaq ki, Özbəkistanda koronavirusa yoluxanların sayı 65 nəfərdir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Xəbəri paylaş: