Polşa səfirliyi milli viza üçün müraciətlərin qəbulunu dayandırır

9:36 Mart 27, 2020

Polşanın Azərbaycandakı səfirliyi milli viza üçün müraciətlərin qəbulunu dayandırır.

APA-nın xəbərinə görə bu barədə Səfirliyin “Facebook” səhifəsində məlumat verilib. 

“Konsulluq və Polşa Diasporası Bölməsi bildirir ki, 30 mart tarixindən etibarən COVİD-19 koronavirus təhlükəsi səbəbindən müştərilərin və milli viza üçün müraciətlərin qəbulu dayandırılır. Şengen vizaları üçün müraciətlər təcili və təxirəsalınmaz hallarda (konsulun qərarı ilə) qəbul ediləcək”, – deyə səfirliyin məlumatında deyilir.

Xəbəri paylaş: