Binəqədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə əməliyyat-axtarış tədbirləri aparılır

13:45 28.03.2020

Martın 26-da saat 23 radələrində Binəqədi rayonunun Azadlıq prospektində yolu keçən 35 yaşlı kişini naməlum sürücü idarə etdiyi “Renault” markalı avtomobillə vurub eyni istiqamətdə hərəkət edən Bakı şəhər sakini C.Hüseynovun idarə etdiyi “Hyundai” markalı avtomobilin qarşısına atıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbəri paylaş: