Türkiyə qırıcıları İraqın şimalında səkkiz terrorçunu məhv edib

16:06 28.03.2020

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Metina bölgəsində terror düşərgələrinə zərbə endirib.

AZƏRTAC Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, aviazərbələr nəticəsində 8 nəfər PKK terrorçusu məhv edilib.

Təhlükəsizlik qüvvələri ölkə daxilində də uğurlu antiterror əməliyyatları keçiriblər. Şanlı Urfa vilayətinin Suriya ilə sərhədində yerləşən Akçakale bölgəsində terrorçulara məxsus cəbbəxana aşkarlanıb.

Antiterror əməliyyatları davam etdirilir.

Xəbəri paylaş: