TƏBİB: Bakıda 6 yaşlı uşaq xəstəxanada öldü

16:09 28.03.2020

Bakıda 6 yaşlı uşaq K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda dünyasını dəyişib.

Bu barədə KONKRET.aza TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirilib. Onun sözlərinə görə, uşaq kəskin qarın simptomu ilə xəstəxanaya gətirilib:

“Uşaq xəstəxanada qalmayıb, çatan kimi dünyasını dəyişib. Uşağın ölüm səbəbi ekspertizadan sonra məlum olacaq və bu barədə məlumat veriləcək”.

Xəbəri paylaş: