TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir

TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir

1:51 05.04.2020

Azərbaycanda COVID-19 infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək olmaq üçün bu prosesdə birbaşa iştirak etmək istəyən şəxslərin çoxsaylı müraciətlərini nəzərə alaraq, TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir.

TƏBİB-dən AZƏRTAC-a bildiriblər ki, COVID-19 xəstəliyi ilə bağlı müalicə üçün respublikamızın müəyyən olunmuş müəssisələrində könüllü olaraq xidmət etmək istəyən səhiyyə işçiləri bu linkə daxil olaraq müraciət edə bilərlər.

Xəbəri paylaş: