Suraxanıda evdən oğurluq edən qadın saxlanılıb

Suraxanıda evdən oğurluq edən qadın saxlanılıb

22:23 08.04.2020


Bakı. Trend:

Suraxanı rayonununda evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-dən aprelin 1-dək olan müddətdə Əmircan qəsəbəsindəki evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə işləyən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əliyeva saxlanılıb.

Xəbəri paylaş: