ABŞ Çini cəzalandırmalıdır – Amerikalı publisist

ABŞ Çini cəzalandırmalıdır – Amerikalı publisist

22:39 08.04.2020

COVID-19 pandemiyasının bütün dünyaya yayılmasına, yalan məlumat yaydığına görə Çin günahkardır. İndi, COVID-19 pandemiyasının dünyanı onlarla trilyon dollar maliyyə itkisinə məruz qoyduğu bir dövrdə bunun hesabını məhz Pekin ödəməlidir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın dünyaca məşhur “Fox News” telekanalının efirində televiziyanın aparıcı Taker Karlson deyib. O, bildirib:

“Sizin gözəl bildiyiniz kimi bu pandemiya Çində başladı. İnformasiya var – Çində bu barədə çoxları deyib – bu virus Vuhandakı bir laboratoriyadan təsadüfən yayılıb. Əlbəttə, rəsmi Pekin yeni xəstəlik barədə onun ilkin mərhələsində yalan məlumat yayıb, onun insandan insana keçmədiyinə əmin edib. Onlar nə qədər insanın yoluxduğu, nəticədə nə qədər insanın öldüyü bardə yalan danışıblar. Və Dünya Səhiyyə Təşkilatını da bu yalanları dəstəkləməyə məcbur ediblər. Bütün bunlara görə dünyanın bütün digər ölkələri Vuhan koronavirusu barədə qeyri-dəqiq informasiyaya malik oldular, nəticədə on minlərlə insan vəfat etdi.

Beləliklə, bu pandemiya Çin hakimiyyətinin birbaşa günahıdır. Bundan başqa sizə nəsə söyləyən hər kəs yalan danışır və ya qorxunc rejimə işləyir. İndi dünya onlarla trilyon dollar iqtisadi zərər görüb və əlbəttə, bu hesabı mütləq Çin ödəməlidir. Biz buna necə nail ola bilərik?”

Aparıcı daha sonra onunla canlı bağlantıda olan “Çinin yaxınlaşan qürubu” əsərinin müəllifi, publisist Qordon Çanqa Çini bu itkilərə görə kompensasiya ödətdirməyin yollarının olub-olmadığı barədə sual verib.

Qordon Çanq deyib: “Əlbəttə, Taker, bunun yolları var. Bunlardan biri ondan ibarətdir ki, Çinin dünyada çoxlu likvid aktivləri var. Məsələn, onun trilyon dollardan çox dəyəri olan istiqrazları mövcuddur. Onun avro, funt, yuan və İsveçrə frankı, ehtimal ki, Kanada dollarında pulu var. Biz bu valyutaların emitentləri ilə birlikdə hərəkət etsək, xeyli miqdarda pulu müsadirə edə bilərik”.

Qordon Çanq qeyd edib ki, bu vəsait heç bir halda dünyanın itkilərini kompensasiya edə bilməz:

“Çünki itirilən həyatı kompensasiya etmək sadəcə mümkün deyil. Hətta pul nöqteyi-nəzərindən də bu məbləğ itirdiyimiz trilyonlarla dolları kompensasiya etməyə kifayət etməz. Ancaq bu rejimin gələcək rəhbərlərinin cəzasız qalmayacaqlarını, bu kimi hərəkətlər şey edə biləcəklərini düşünməmələri üçün bir maneə yaratmalıyıq”.

Qordon Çanq deyib ki, ABŞ məhz beynəlxalq koalisiya yaratmaqla Çini cəzalandıra bilər.

Xəbəri paylaş: