Fransada koronavirusdan ölənlərin sayı 10,8 mini ötüb

Fransada koronavirusdan ölənlərin sayı 10,8 mini ötüb

0:19 09.04.2020


Bakı. Trend:

Fransada yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 10,8 mini ötüb, 7 mindən çox insan intensiv terapiya və ya reanimasiya şöbələrindədir.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon deyib.

J.Salomon bildirib: “Martın 1-dən koronavirusa yoluxanlar arasında 7 632 ölüm halı qeydə alınıb. Onların 82 faizi 70 yaşdan yuxarıdır”.

Ümumilikdə əlkədə koronavirusdan ölənlərin sayı son sutka ərzində 541 nəfər yüksələrək 20 869-a yüksəlib.

Epidemiya başlayandan 60 min insan xəstəxanaya yerləşdirilib, 30.375 nəfər hazırda xəstəxanalarda qalır, onlardan 7 148 nəfərin vəziyyəti ağırdır.

Xəbəri paylaş: