Gürcüstanda koronavirusa yoluxma hallarının sayı artıb

Gürcüstanda koronavirusa yoluxma hallarının sayı artıb

0:52 09.04.2020


Bakı. Trend:

Gürcüstanda yeni növ koronavirusa yoluxanların sayı daha 3 nəfərdə aşkarlanaraq 211-ə çatıb.

Trend-in məlumatına görə, bu barədə bu barədə yerli hökumətin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Hazırda karantində 4 559, stasionar nəzarətdə isə 353 nəfər saxlanılır. Ümumilikdə ölkədə koronavirusdan 50 nəfər sağalıb,3 nəfər ölüb.

Xəbəri paylaş: