Burcanadze: “Gürcüstan yanlış addım atır…”

Burcanadze: “Gürcüstan yanlış addım atır…”

22:46 25.04.2020

Keçmiş prezident Mixail Saakaşvili Ukraynda baş nazirin müavini olacağı təqdirdə Gürcüstanın Kiyevdən səfirini geri çağıracağı ilə bu ölkəni hədələməsi yanlış addımdır. Bu sözləri Gürcüstan parlamentinin sabiq spikeri, “Vahid Gürcüstan – Demokratik Hərəkat” müxalifət partiyasının lideri Nino Burcanadze deyib.

“Bu, Ukraynanın günahı deyil, bu, Gürcüstan rəhbərliyinin günahıdır ki, heç yerdə onu saymır və hörmət edilmir. Gürcüstan hakimiyyəti Azərbaycan, Ermənistan və Qərblə münasibətləri korlamağa çalışdı və bacardı, Rusiya ilə münasibətləri yaxşılaşdıra bilmədi və indi strateji tərəfdaşımız Ukrayna ilə diplomatik münasibətləri pozmağa çalışır”, – deyə, Burcanadze gürcü mediasına bildirib. O, qeyd edib ki, bu vəziyyətdə Gürcüstan Saakaşvilinin yaşadığı və mühazirə oxuduğu bütün ölkələrlə diplomatik əlaqələri kəsməlidir.

“Hakimiyyət” qəzeti

Xəbəri paylaş: