Astarada meşədə yeyib-içmək məclisi təşkil edənlər həbs edildi

Astarada meşədə yeyib-içmək məclisi təşkil edənlər həbs edildi

16:53 01.05.2020

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, bu istiqamətdə Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayonun Siyakü kəndindəki meşəlik ərazidə 6 nəfər rayon sakininin yeyib-içmək məclisi düzəldərək xüsusi karantin rejiminin qaydalarını pozduğu müəyyən edilib. Həmin şəxslər saxlanılaraq Astara Rayon Polis Şöbəsinə gətiriliblər. Onlardan 3 nəfəri rayon məhkəməsinin qərarı ilə inzibati qaydada həbs edilib, digərləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Xəbəri paylaş: