Salyanda öldürülərək kanala atılan qadının kimliyi məlum olub

Salyanda öldürülərək kanala atılan qadının kimliyi məlum olub

18:30 27.05.2020

“Hakimiyyet.com” xəbər verir ki,

Salyanda qətlə yetirilən qadının şəxsiyyəti müəyyənləşib.

APA-nın yerli bürosu xəbər verir ki, araşdırmalarla mərhumun Saatlı rayon sakini, 1969-cu il təvəllüdlü İbrahimova Şəhla Xudaş qızı olduğu üzə çıxıb.

 

Onun kim tərəfindən qətlə yetirildiyi araşdırılır.

***

26 may 

19:58

Salyanda kanalda meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qadının kimliyi və hansı şəraitdə qətlə yetirilməsi müəyyənləşdirilir.

***

saat 18:04

Salyanda kanalda naməlum qadın meyiti tapılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayonunun Yenikənd kəndi ərazisində kanalda naməlum qadın meyiti aşkar edilib.

Qadının meyiti müayinə olunmaq üçün Salyan rayon Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Mərkəzinə aparılıb.

Onun kimliyi və hansı səbəbdən öldüyü hüquq-mühafizə orqanları tərəfindən aydınlaşdırılır.

Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbəri paylaş: