Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

22:05 01.06.2020

Hörmətli cənab Prezident.

Koronavirus infeksiyasına qarşı həyata keçirdiyiniz ardıcıl və məqsədyönlü tədbirlərə, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına və sağlamlığının qorunmasına görə verdiyiniz düşünülmüş qərarlara görə Sizə ailə üzvlərimizin adından və öz adımdan dərin minnətdarlığımı bildirirəm. Çünki biz görürük ki, Azərbaycan xalqının yaxşı güzəranı və gözəl gələcəyi Sizin üçün ən ümdə məsələdir. Məhz verdiyiniz operativ qərarlar göstərdi ki, digər ölkələrlə müqayisədə ölkəmiz bu infeksiyadan az zərərlə çıxmağı bacarır.

Cənab Prezident, mən böyük qürurla deyə bilərəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı qarşılaşdığı bu bəladan tezliklə qurtulacaq və narahatlıq keçirdiyimiz çətin günlər arxada qalacaqdır. Siz olduqca şərəfli və çətin bir yoldasınız. Sizi əmin edirəm ki, Azərbaycan xalqı Sizi sevir, dəstəkləyir və verdiyiniz hər bir qərarın arxasında durur. Bir daha ölkəmizin sağlam gələcəyi və inkişafı naminə gördüyünüz işlərə və yorulmaz fəaliyyətinizə görə Sizə minnətdaram. Sizə möhkəm cansağlığı və səbr diləyirəm. Tanrı Sizi və ölkəmizi qorusun.

Hörmətlə,

Yahyayeva Fəridə Rəhman qızı

Azərbaycan Respublikası, Şirvan şəhəri.

Xəbəri paylaş: