Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

22:10 01.06.2020

Hörmətli cənab Prezident.

Son aylarda bəşəriyyətin bəlasına çevrilən COVID-19-la bütün dünya mübarizə aparır. Belə bir vaxtda Siz xalqa müraciət etməklə, bir daha bizimlə – xalqla birlikdə olduğunuzu isbat etdiniz. Bildirmək istəyirəm ki, Sizin həyata keçirdiyiniz bütün qabaqlayıcı tədbirləri ürəkdən bəyənirik. Azərbaycanın bütün bölgələrində vətəndaşlarımızın sağlamlığının qorunması naminə görülən tədbirlər uğurla davam etdirilir. Biz bilirik ki, pandemiyanın miqyasının məhdudlaşdırılması istiqamətində atılan hər bir addım mühüm strateji əhəmiyyət kəsb edir və baş verə biləcək fəsadların aradan qaldırılmasına yönəldilib. Artıq xalqımız bu bəlanın ciddiliyini Sizin tövsiyələriniz sayəsində daha dərindən anlayaraq dərk edib.

Cənab Prezident, Sizin sözünüzlə desək, “Biz birlikdə güclüyük!”. Xalqımızın rifahı və sağlamlığı naminə atdığınız bütün addımlarınızı dəstəkləyir, Sizin rəhbərliyinizlə ölkəmizin işıqlı və gözəl gələcəyinə əminliyimi ifadə edirəm. Ulu Tanrıdan Sizə uzun ömür və cansağlığı arzu edirəm.

Dərin hörmət və minnətdarlıqla,

Ağasiyeva Sahilə Mahir qızı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının ümumi şöbəsinin müdiri

Azərbaycan Respublikası, Quba şəhəri.

Xəbəri paylaş: