Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

22:00 01.06.2020

Möhtərəm cənab Prezident.

Sizə öz adımdan və qohumlarımın adından təşəkkürümüzü bildirirəm. Koronavirusun dünyada yayıldığı bir vaxtda Siz qısa müddətdə xəstəxanalar inşa etdirərək tam hazır vəziyyətdə xalqımızın istifadəsinə verdiniz. Maska istehsalı fabrikinin açılması, şəhər və rayonlarda mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması, işsiz vətəndaşlara yardımların verilməsi Sizin çevik və zəruri tədbirlərinizin nəticəsidir. Bütün bunların hesabına Azərbaycanda kütləvi yoluxmanın qarşısı alınmışdır. Sevindirici haldır ki, digər ölkələr Sizin iş prinsipinizdən nümunə və örnək götürür. Biz Sizinlə fəxr edirik. Siz Azərbaycan xalqının dayağı olduğunuz üçün Allah Sizə hər zaman dayaq olsun. Sizin bu iş prinsipinizi gördükdə ulu öndər Heydər Əliyevin 1980-cı ildə Sabirabad rayon zəhmətkeşləri qarşısında çıxış edərkən söylədiyi sözləri xatırladım. Ulu Öndər o vaxt demişdi: “İnsanda istək olanda, arzu olanda, iradə olanda qarşıda duran hər bir çətinliyə nail olmaq olar”.

Bəli, bu istəyi Sizdə gördük. Sizin işlərinizə “əhsən” deyirik. O gün olsun ki, işğal olunmuş torpaqlarımız sülh yolu ilə azad olunsun, növbəti təşəkkür məktubunu da onda yazaq.

Hörmətli Prezident, Sizə möhkəm cansağlığı, gələcək işlərinizdə yeni-yeni uğurlar, ailə səadəti, xoşbəxtlik arzulayırıq.

Hörmət və ehtiramla,

İbrahimov Vaqif Ataxan oğlu

Azərbaycan Respublikası, Saatlı rayonu, Çolpı kəndi.

Xəbəri paylaş: