Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

21:15 01.06.2020

Möhtərəm cənab Prezident.

Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısısınız. Xalqımızın rifahı, daha yaxşı yaşaması üçün gördüyünüz bütün işləri alqışlayır, yorulmaz fəaliyyətinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Dünyanı cənginə almış koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.

Cənab Prezident, insanların sağlamlığının qorunması məqsədilə Sizin tapşırığınızla hər bir vətəndaşa hər cür yardım göstərilir. Gördüyünüz bu işlər, qabaqlayıcı tədbirlər bir daha sübut edir ki, Siz daim xalqımızı düşünür və hər bir vətəndaşın qayğısına qalırsınız.

Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaq. Biz Sizinlə fəxr edirik. Allah Sizi, ailənizi və xalqımızı qorusun.

Hörmətlə,

Mirzəyeva Mehriban Raqib qızı

Azərbaycan Respublikası, Bakı şəhəri.

Xəbəri paylaş: