Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

21:05 01.06.2020

Hörmətli cənab Prezident.

Sizin Prezidentliyiniz dövründə Azərbaycan çoxlu sayda uğurlar əldə etmiş, çətinliklərin öhdəsindən mətinliklə gəlmişdir. Cəbhə bölgəsində yaşayan məcburi köçkünlər olaraq, inanırıq ki, Sizin dəstəyinizlə koronavirus epidemiyasına da qalib gələcəyik. Sizin tapşırığınızla yaşı 65-dən yuxarı olan vətəndaşlara, o cümlədən sosial baxımdan həssas ailələrə xüsusi qayğı göstərilməsi, ərzaq yardımlarının verilməsi, karantin dövründə 190 manat məbləğində pul vəsaitinin ödənilməsi sübut edir ki, Sizin yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.

Cənab Prezident, xalqımız Sizə arxalanır və güvənir. Çünki, ataların bir məsəli var: “Gördüyünü qoyub, görəcəyə getmə.” Sizin gördüyünüz işlər göz qabağındadır. Allah uğurlarınızı daha da bol eləsin.

Hörmətlə,

İsmayılov Mircəfər Əjdər oğlu

Hüseynova Yasəmən Vidadi qızı

Cəfərov Cəfər Rüstəm oğlu

Kərimov Mansır Qəni oğlu

Azərbaycan Respublikası, Beyləqan rayonu.

Xəbəri paylaş: