Qəzalı binada qorxulu həyat

Qəzalı binada qorxulu həyat

14:09 27.06.2020

Cəlilabad rayonunun Azərbaycan küçəsi 24 ünvanda yerləşən ikimərtəbəli binada  yaşayan 16 ailə hər an ölüm təhlükəsi ilə üz-üzə qaldıqlarından şikayətlənirlər. Burada yaşayan bina sakinlərinin sözlərinə görə, bina 1979- cu ildə tikilərək sakinlərin istifadəsinə verilib və indiyədək binada hansısa təmir- bərpa işləri görülmədib. Sakinlərin uzun müraciət və yazışmalarından sonra ötən il qəzalı olan binanın dam örtüyü dəyişdirilib. Əslində bu qəzalı vəziyyətdə olan bina sakinlərini hiddətləndirib. Yaşanılması mümkün olmayan bir binanın üstünə lüzumsuz olaraq boşu dövlət vəsaitinin xərclənməsi israfçılıqdır. Bir neçə ailə çarəsiz qalaraq yaşadıqları mənzillərin tam yararsız və hər an üçaraq bədbəxt hadisə törədəcəyindən qorxur və bu üzdən qohumlarının, yaxınlarının evlərinə, kirayə mənzil tutaraq köçənlər var. Sakinlər onu da qeyd etdirlər ki, dəfələrlə aidiyyatı təşkilatlara, yerli icra hakimiyyətinə, eləcə də rayon FHK-ya müraciət etmələrinə bacmayraq, müsbət nəticə əldə olunmayıb.bir neçə müddət öncə qəzalı binanın bir neçə foto şəkilini çəkiblər və o gün bu gün onlara bir söz deyən olmayıb.

Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin Fövqəladə hallar komisiyyasının sədri Mansur Məmmədovla əlaqə saxladıq və qurumun rəsmisi məsələdən xəbərdar olduqunu, lakin məsələnin onlarlıq olmadığını, tikintinin vəziyyəti barədə təkliflərin Layihə İnistitutuna göndərildiyini qeyd etdi.

Hər an təhlükə altında yaşayan 16 ailənin ümidi qalır Layihə İnistutunun onlara verəcəyi cavabı gözləməyə.

Rəşad Əkbəroğlu, 

“Hakimiyyət” qəzetinin bölgə üzrə xüsusi müxbiri

Xəbəri paylaş: