"İşçilərin maaşını vermək üçün 3 maşınımı satdım" –  Emin

"İşçilərin maaşını vermək üçün 3 maşınımı satdım" – Emin

11:37 01.07.2020

“Hakimiyyet.com” xəbər verir ki,

Xalq artisti Emin Ağalarov pandemiya ərəfəsində biznes sahəsində baş verən çətinliklərin ondan da yan keçmədiyini açıqlayıb.

“Crocus Group”un vitse-prezidenti bu haqda İnstaqramda “Chez Next” layihəsinin qonağı olarkən danışıb. O bildirib ki, şirkətləri hazırda iqtisadi böhran yaşayır.

Müğənninin atası və “Crocus Group”un prezidenti Araz Ağalarov da bir müddət əvvəl açıqlamasında biznesini batan gəmiyə bənzətmişdi:

“Gəmi böhran vəziyyətindədir. Bir az da davam etsə, o, batacaq. Əgər nələrisə yoluna qoya bilsək, onu xilas edə biləcəyik”.

Emin isə atasının sözlərinə əlavələr edib. O deyib ki, ağır günlərdə üç avtomobilini satıb:

“Bu pul da işçilərin maaşını ödəməyə bəs etmir. buna görə də kredit götürmək lazımdır. Qalan maşınlarımı da satsam  “Crocus Group”un işçilərinin maaşını ödəməyə bəs etməz”.

Ağalarov hazırda mağazalarının, restoran və kafelərinin, konsert zallarının çalışmadığını söyləyib. “Crocus Group”un sərgi zalı isə koronavirus xəstələri üçün hospitala çevrilib. Şirkət isə bunun qarşılığında heç bir gəlir əldə etmir:

“Pulun bir hissəsini aldıq, xəstəxananı düzəltdik. Sonda hər şey hesablanacaq və qalan məbləğ ödəniləcək”.

Xəbəri paylaş: