2020-ci ildə Formula 1 üzrə Almaniya Qran prisinin keçiriləcəyinə hələ ümid var

2020-ci ildə Formula 1 üzrə Almaniya Qran prisinin keçiriləcəyinə hələ ümid var

30.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Formula 1 üzrə 2020-ci il mövsümü üçün təqvimin ilkin versiyasında Almaniya Qran prisi nəzərdə tutulmayıb, çünki ötən mövsümdə bu mərhələ “Mercedes”in pulu hesabına keçirilib, bu mövsümdə isə promouterlər pul tapmayıblar.

AZƏRTAC xəbər verir ki, koronavirus pandemiyası bu sahədə vəziyyəti “sıfırlaşdırıb”: indi “Liberty Media”da televiziya şirkətləri ilə cari müqavilə üzrə zəruri olan minimum 15 yürüşün keçirilməsi üçün mərhələni təşkil etməyə yer axtarırlar və əgər həmin yürüşlər tamaşaçısız keçirilsə, bunun üçün ödəniş etməyə hazırdırlar.

“Frankfurter Allgemeine Zeitung” nəşrində yayılmış məlumata görə, Formula 1-in rəhbərliyi Qran prinin keçirilməsi vaxtı və ona hazırlıq məsələsi ilə əlaqədar, Hokkenhaym avtodromunun rəhbərliyinə müraciət edib.

Hokkenhaymda bu məsələ ilə əlaqədar Formula 1 ilə danışıqlar aparılmasını və avtodromun istənilən təkliflər üçün açıq olduğunu təsdiq ediblər.

Share