27 il sonra Cəbrayıldakı evinə gedən hərbçimizin anası:  "Qədəmlərinə qurban olum"

27 il sonra Cəbrayıldakı evinə gedən hərbçimizin anası: "Qədəmlərinə qurban olum"

08.10.2020 Off By admin

“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,

“Xəzər xəbər” 27 il sonra Cəbrayıldakı evlərinə gedən hərbçi Camal Qəmbərovun anası və qızı Xədicə ilə süjet hazırlayıb.

7 yaşında məcburi köçkün kimi Cəbrayıldan çıxan hərbçinin anası oğlundan bəhs edib.

“Evimizin yolunu tanımasın? Kənd uşağıdır, quzu, toyuq otarırdılar, məktəbə gedib-gəlirdi. Camalın şəklini çəkdirdiyi narı nənəmiz əkib. Mənə səhər zəng etdi ki, komandir necəsən? Dedim ki, əmr edirəm, bu gün Cəbrayılı alırsan. Sonra yazdı ki, ana, Horovluya ilk qədəm qoyan horovlulu mənəm. Dedim, oğul, qədəmlərinə qurban olum” deyə, o, söyləyib.   

“Gedəndə dedi ki, torpaqlarımızın hamısını işğaldan azad edəcəyik və gələcəm. Atamın şəklini İnstaqramda gördüm. Sevindim ki, doğma yerinə qovuşdu” deyə, C.Qəmbərovun qızı deyib.

Share