«8 Noyabr» stansiyasının içindən İLK GÖRÜNTÜLƏR — VİDEO

«8 Noyabr» stansiyasının içindən İLK GÖRÜNTÜLƏR — VİDEO

23.12.2020 Выкл. Автор admin

Vətən Müharibəsindəki qələbənin şərəfinə «8 Noyabr» adlandırılan Bakı metropoliteninin yeni stansiyası artıq demək olar ki, hazırdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə Bakı Metropoliteninin yeni stansiyası Zəfər günü münasibətilə «8 Noyabr» adlandırılıb.

Onu da bildirək ki, «8 Noyabr» stansiyası Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında (Hərbi hospitalın yanında) yerləşir.

Stansiyanın içindən ilk görüntüləri təqdim edirik.

Hakimiyyet.com

Share