A seriyasında favoritlər asan qələbə qazanıblar

03.02.2020 Off By admin

İtaliya A seriyasında XXII turun mübarizəsi davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 6 oyun keçirilib.

Gündüz saatlarında “Yuventus” meydana çıxıb. Çempionatın lideri uğursuz mövsüm keçirən “Fiorentina”nı qəbul edib. Kriştianu Ronaldonun penalti zərbələri ilə dubl etdiyi görüşdə digər qola da Matteys de Liqt imza atıb və “qoca sinyora” 3 xalı 3 cavabsız qolla aktivinə yazdırıb.

İlk “üçlük”də yer alan “Latsio” autsayderlər zonasında qərarlaşan “Spal”ı paytaxt Romada darmadağına məruz qoyub.

“Milan” isə digər autsayder “Verona”nı sınağa çəkib. “Rossonyerlər” Zlatan İbrahimoviçsiz qələbə qazana bilməyiblər.

Günün son matçında “İnter” Udinedə yerli “Udineze”yə Romelu Lukakunun qolları ilə qalib gəlib.

Qeyd edək ki, turun “Sampdoriya” – “Napoli” oyunu fevralın 3-də baş tutacaq.

İtaliya A seriyası
XXII tur
2 fevral
“Yuventus” – “Fiorentina” – 3:0

Ronaldo, 40 (pen.), 80 (pen.); de Liqt, 90+1
“Milan” – “Verona” – 1:1
Çalhanoğlu, 29 – Faraoni, 13
“Atalanta” – “Cenoa” – 2:2
Toloi, 13; İliçiç, 35 – Krişito, 19 (pen.); Sanabria, 33
“Latsio” – “Spal” – 5:1
İmmobile, 3, 29; Kaysedo, 16, 38; Adekanye, 58 – Missiroli, 65
“Leççe” – “Torino” – 4:0
Deola, 11; Barak, 19; Falko, 64; Lapadula, 78 (pen.)
“Udineze” – “İnter” – 0:2
Lukaku, 64, 71

1  Yuventus 22 17 3 2 43-21 54
2  İnter 22 15 6 1 44-18 51
3  Latsio 21 15 4 2 52-20 49
4  Atalanta 22 11 6 5 59-30 39
5  Roma 22 11 6 5 40-27 39
6  Kalyari 22 8 8 6 38-34 32
7  Parma 22 9 5 8 31-29 32
8  Milan 22 9 5 8 23-27 32
9  Verona 21 8 6 7 26-23 30
10  Bolonya 22 8 6 8 34-34 30
11  Napoli 21 7 6 8 30-29 27
12  Torino 22 8 3 11 26-39 27
13  Sassuolo 22 7 5 10 36-37 26
14  Fiorentina 22 6 7 9 25-32 25
15  Udineze 22 7 3 12 19-35 24
16  Sampdoriya 21 5 5 11 20-33 20
17  Leççe 22 4 7 11 27-42 19
18  Cenoa 22 3 7 12 23-43 16
19  Breşiya 22 4 3 15 20-41 15
20  Spal 22 4 3 15 16-38 15

 

Share