ABŞ İranın maliyyə sektoruna qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İranın maliyyə sektoruna qarşı yeni sanksiyalar tətbiq edəcək

08.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

ABŞ hökuməti İranın maliyyə sektoruna qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

APA-Economics”in məlumatına görə, bu barədə “Washington Post” məsələnin müzakirəsi ilə tanış olan üç mənbəyə istinadən yazır.

Nəşrin həmsöhbətlərinin fikrincə, ABŞ Prezidentinin Administrasiyası tərəfindən İrana qarşı tətbiq olunacaq yeni maliyyə sanksiyalarına dair verilən qərar bir neçə banka təsir edəcək. Əvvəllər bu kredit təşkilatları ABŞ-ın əlavə sanksiyalarına məruz qalmayıb.

Qəzetin yazdığına görə, yeni məhdudlaşdırıcı tədbirlər planının bu gün, 8 oktyabr tarixində elan olunacağı planlaşdırılır.

Bundan başqa, ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaların tətbiq edilməsi və silah embarqosunu bərpa olunmasına dair fərmanın imzalandığı da bildirilir.

Share