Abşeronda ər arvadının boğazını kəsərək öldürüb

Abşeronda ər arvadının boğazını kəsərək öldürüb

30.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Baş Prokurorluq Abşeronda arvadını öldürən kişinin tutulması ilə bağlı rəsmi məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov APA-ya açıqlamasında bildirib ki, ilkin araşdırmalarla aprelin 29-da saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirib qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

 

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub. K.Zeynalov həmçinin qeyd edib ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

saat 10:17

Abşeronda qətl törədilib.

APA-nın məlumatına görə, hadisə Qobu qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Anar Bəkirov aralarında yaranmış ailə münaqişəsi zəminində arvadı, 1993-cü il təvəllüdlü Leyla Bəkirovaya çoxsaylı bıçaq xəsarətləri yetirib və boğazanı kəsərək öldürüb.

Faktla bağlı araşdırma aparılır.  

Share