“Airshow China” beynəlxalq aviasiya sərgisi pandemiyaya görə təxirə salınıb

“Airshow China” beynəlxalq aviasiya sərgisi pandemiyaya görə təxirə salınıb

13.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Noyabrın 10-15-də Çinin Çjuhay şəhərində keçirilməsi planlaşdırılan 13-cü Beynəlxalq Aviasiya Sərgisi (“Airshow China”) koronavirus (COVID-19) pandemiyası səbəbindən məlum olmayan tarixədək təxirə salınıb.

APA-Economics” xəbər verir ki, bu barədə sərgi təşkilatçılarının məlumatında deyilir.

“Hazırda COVID-19 pandemiyasının dünyada yayılması hələ də nəzarətə alınmayıb. Çin və xarici qonaqların sağlamlığı, səyahət təhlükəsizliyi və digər amillərdən irəli gələrək, 10-15 noyabr tarixlərində Çinin Çjuhay şəhərində keçirilməsi planlaşdırılan 13-cü Beynəlxalq Aviasiya Sərgisi təxirə salınıb. Sərginin dəqiq vaxtı haqqında əlavə olaraq məlumat veriləcək”, – deyə tədbir təşkilatçılarının məlumatında deyilir.

Xatırladaq ki, “Airshow China” 1996-cı ildən etibarən Çjuhay şəhərində keçirilir. Sərgidə həm hərbi, həm mülki təyyarələr, həmçinin kosmik texnologiya, silahlanma və desantçılar üçün hərbi texnika, hava hücumundan müdafiə və radioelektron mübarizə sistemləri nümayiş olunur.

Share