Prezident İlham Əliyev Əli Həsənovu vəzifəsindən azad etdi

Prezident İlham Əliyev Əli Həsənovu vəzifəsindən azad etdi

21.10.2019

20:15

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ə.Ş.Həsənovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
B
u barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezidentin sərəncamında belə deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email